İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev cari ilin iyul ayı üzrə növbəti səyyar görüşləri rayonun Cəfərli, Qızılkənd, Aranlı, Xəlfəli, Kürdmahmudlu və Hacıalmuradlı kənd sakinləri ilə keçirib.
“Qafqazinfo” xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşlərdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Görüşlər zamanı sakinləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə sakinlərə geniş məlumat verib.
İcra başçısı, həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə sakinlərin yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə biləcəklərini vurğulayıb. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş edib. Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi bütün səyyar görüşlərdə sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib.





Son xəbərlər
Son Xəbərlər