İmişli RİH başçısı Elçin Rzayev tərəfindən cari ilin fevral ayı ərzində təsdiq olunmuş qrafikə uyğun olaraq Bəhrəmtəpə qəsəbəsi, Sarıxanlı, Qaragüvəndikli, Göbəktala və Şahverdili kənd sakinləri ilə yerlərdə səyyar görüşlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşlərdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edib.
Qəbullar başlamamışdan öncə canlarını ölkəmizin ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Qəbullar zamanı icra başçısı çıxış edərək rayon ərazisində hər həftə səyyar-qəbulların keçirildiyini bildirib və qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə bağlı olduğunu qeyd edib, eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə sakinlərə ətraflı məlumat verib.
Sonra səyyar qəbullarda vətəndaşlar dinlənilib, irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi istiqamətində aidiyyəti təşkilatlara tapşırıq və göstərişlər verilib.





Son xəbərlər
Son Xəbərlər