Ötən gün İmişli Rayon İcra Hakimiyyəti (RİH) və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Tənəzzüldən intibaha” adlı tədbir keçirilib.
İmişli RİH-dən “Qafqazinfo”ya verilən xəbərə görə, əlamətdar gün münasibətilə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə İmişli RİH başçısı Elçin Rzayev çıxış edərək 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu”.
YAP-ın İmişli rayon təşkilatının sədri Səfa Ağayev ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında fədakar fəaliyyətindən, xilaskarlıq missiyasından bəhs edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan bir sıra gəncə partiya biletləri təqdim olunub.





Son xəbərlər
Son Xəbərlər