İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İmişli şəhərinin prospekt və küçələrində, eləcə də rayonun qəsəbə və kəndlərində ümumrayon iməciliyi təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ərazilərə dislokasiya olunan işçiləri iştirak ediblər.
İməciliklər zamanı təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib. Eyni zamanda küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb.





Son xəbərlər
Son Xəbərlər