İmişlidə Vətən müharibəsi şəhidlərinin ildönümləri qeyd olunur - Fotolar

imislide-veten-muharibesi-sehidlerinin-ildonumleri-qeyd-olunur
Oxunma sayı: 738

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan və Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn İmişli rayonundan olan sakinlərimizin - Vəliyev Tural İlham oğlunun, Əhmədzadə Elməddin Uğur oğlunun, Cəfərli Elşən Rəfail oğlunun, Abbasov Asim Rasim oğlunun və Kərimli Ramin Əli oğlunun ildönümü mərasimləri qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, şəhidlərimizin ildönümü mərasimlərində İmişli RİH başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Mərasim zamanı şəhidlərimizə Allahdan rəhmət dilənilib, ailə üzvlərinin qayğıları ilə maraqlanılıb.

İcra başçısı döyüşlərin başladığı gündən hər bir imişli sakininin könüllü olaraq döyüş bölgəsinə göndərilmələrini təkidlə tələb etdiklərini xatırladıb və şəhidlərimizin şücaətlərinin hər bir gənc üçün misilsiz vətənsevərlik nümunəsi olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin əziz xatirələrinin hər zaman dərin ehtiramla yad ediləcəyini söyləyib.