İmişlidə vurulan piyada öldü

imislide-vurulan-piyada-oldu
Oxunma sayı: 1213

İmişlidə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, İmişli rayon Cəfərli kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Yaqub Şəmil oğlu yolu keçmək istəyərkən “VAZ-2107” markalı minik avtomobili onu vurub.

Ağır xəsarətlər alan Y.Əliyev rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli