İmişlidə vurulan piyada qəzada öldü

imislide-vurulan-piyada-qezada-oldu
Oxunma sayı: 1299

İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza dekabrın 10-da saat 21 radələrində qeydə alınıb. 

Əliqulular kənd sakini V.Cəfərov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən şəhər sakini Yasin Xammədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.