İmişli rayonu ərazisində yeni suvarma kanalı qurulub.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində dövlət proqramının uğurlu icrası nəticəsində ölkəmizin digər bölgələrində olduğu kimi İmişli rayonunda da sosial- iqtisadi inkişafa stimul verən, əhalinin rifah halının yüksəldilməsinə xidmət edən bir sıra infrastruktur və sosial yönlü layihələr yerinə yetirilir.
İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edən İmişli rayonunda əkin yerlərinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması istiqamətdə ardıcıl tədbirlər görülür. Qısa müddətdə yeni nasos stansiya inşa edilib, əlavə suvarma kanalları çəkilib, mövcud kanallar və hidrotexniki qurğular təmir edilib. Belə ki, əkin yerlərini, o cümlədən həyətyanı sahələri dayanıqlı suvarma suyu ilə təmin etmək və suvarma suyu ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə rayonun Ağaməmmədli kəndində uzunluğu 2.2 km olan suvarma kanalı inşa edilərək əhalinin istifadəsinə verilibBu kanalın çəkilişi Ağaməmmədli kəndi ilə yanaşı ətraf kəndlərin də suvarma sahəsində olan problemini aradan qaldırıb. Bununla da 350-dən çox ailənin, 600 ha-dan artıq əkin yerində və həyətyanı sahələrində suvarma suyu ilə bağlı yaranan çətinlik birdəfəlik öz həllini tapıb.
İndiyə qədər suvarma sahəsində çətinliklərlə qarşılaşan kənd sakinləri öz növbəsində kənd ərazisində yeni suvarma kanalının çəkilişinə görə hədsiz sevindiklərini ifadə edərək, yaradılan şəraitə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirib.


Son xəbərlər
Son Xəbərlər