İmişlidə yol qəzası, avtomobil yandı

imislide-yol-qezasi-avtomobil-yandi
Oxunma sayı: 1254

İmişli rayonunun Muradxanlı kəndində “ВАЗ” markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri və yol kənarında 1 ha sahədə kol-kos yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.