İmişlidə Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar

imislide-zerife-eliyevanin-xatiresi-anildi
Oxunma sayı: 1658

Bu gün İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk öncə akademikin həyat və fəaliyyəti ilə bağlı hazırlanmış “Oftolmologiyanın mirvarisi” filminə baxış olub.

Tədbirdə çıxış edən İmişli RİH başıçısı Elçin Rzayev oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib. Bildirib ki, Z. Əliyeva böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb. Akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. İcra başçısı alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyi, bundan sonra da təsir göstərəcəyini qeyd edib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb.

Konfransda digər çıxış edənlər akademik Zərifə Əliyevanın gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyəli tibb işçilərinin, layiqli Vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlərindən söz açıblar.