İmişlidəki qəzada sərnişin öldü, sürücü tapılmır...

imislideki-qezada-sernisin-oldu-surucu-tapilmir
Oxunma sayı: 1936

İmişli rayonunun Cəfərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 15-də saat 1 radələrində qeydə alınıb. 

Rayon sakini Zaur Mirzəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı kanala aşırıb. Nəticədə avtomobildəki sərnişinlər – rayon sakinləri E.Mehdiyev, E.Mustafayev və Nicat Məmmədov xəstəxanaya yerləşdiriliblər, N.Məmmədov orada ölüb.

Avtomobil sudan çıxarılıb, sürücünün tapılması istiqamətində tədbirlər görülür.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.