Ramazan ayında Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunub, imkansızlara müxtəlif köməkliklər göstərilib.
“Qafqazinfo” xəbər verir ki, Ramazan ayı ilə bağlı görülən işlər çərçivəsində növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyətində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Gözdən Əlillər və digər ictimai təşkilatların, rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlər, ümumilikdə 1 000 nəfər üçün ərzaq bağlamaları hazırlanıb və bu tədbirdə onlara paylanılıb.
Tədbirdə iştirak edənlər ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.



Son xəbərlər
Son Xəbərlər