İmmuniteti möhkəmləndirən 5 sarı meyvə

immuniteti-mohkemlendiren-5-sari-meyve
Oxunma sayı: 3393

Manqo və limon kimi sarı meyvələr C vitamini ilə zəngindir. O, immuniteti möhkəmləndirir və dərimizi daha da gözəlləşdirir.

“Qafqazinfo” “The Health Site”a istinadən immuniteti möhkəmləndirən sarı meyvələri təqdim edir:

Limon. Bu meyvə immuniteti möhkəmləndirən C vitamini ilə zəngindir. Limon, həmçinin metabolizmi sürətləndirir və çəki atmaqda kömək edir.

Manqo. O, sağlamlıq üçün faydalı olan zeaksantinlə zəngindir. Makulodistrofiya və kataraktanın qarşısını alan manqo göz üçün də xeyirlidir.

Ananas. İmmuniteti möhkəmləndirən C vitamininin daha bir zəngin mənbəsi. Ananas, həmçinin arıqlamağa kömək edir, həzmi yaxşılaşdırır və iltihabi prosesləri azaldır.  

Sarı bibər. Bu tərəvəz vitaminlərlə zəngindir, az kalorisi var. Onun tərkibində dəmir, antisoksindatlar, folat və liflər var.

Banan. Banan arterial təzyiqi və xərçəng riskini aşağı salmağa kömək edir. O, mədə üçün də faydalıdır.