İmperator taxtı oğluna təhvil verdi - Yenilənib

imperator-taxti-ogluna-tehvil-verdi
Oxunma sayı: 2541

Yaponiya imperatoru Akihito bu gün taxtı tərk edəcək.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, 85 yaşlı imperatorun yerinə isə böyük oğlu, 59 yaşlı Naruhito gələcək.

Bununla bağlı paytaxt Tokioda mərasimlər keçiriləcək.

Qeyd edək ki, Akihito 1989-cu ildən etibarən imperatorluq edirdi. 2017-ci ilin dekabrında verilən qərarla onun 2019-cu ilin 30 aprelində taxtdan çəkiləcəyi açıqlanmışdı.

Şəkildə solda Naruhito, sağda isə Akihitodur.

***

“NHK” telekanalı xəbər verir ki, Yaponiya baş naziri Sindzo Abe imperator Akihitonun 30 il sonra taxtdan imtina etməsini rəsmən təsdiqləyib.