"Qafqazinfo" xəbər verir ki, canlı yayımda vətəndaşların suallarını cavablandıran Putin belə bir təklifin olmadığını vurğulayıb.
“Xeyr, belə bir şey olmayıb. Biz iqtisadi problemlər haqda danışdıq. Ukrayna hökuməti öz əli ilə Donbası özündən ayırır, bax problem bundadır.
Rusiya bir şeydən başqa, Kiev hökumətindən heç nə gözləmir: bizə qarşılıqlı əlaqələrin bütün istiqamətlərində bərabər tərəfdaş kimi yanaşmaq”.
Putin Ukraynaya yardım məsələsinə də toxunub: “Mən ukraynalı və ruslar arasında fərq görmürəm, hesab edirəm ki, bir xalqıq. Biz Ukrayna xalqına yardım edirik. Biz öz sərhədlərimizdə sakitlik və stabillikdə maraqlıyıq”.
Rusiya prezidenti həmçinin Ukraynada rus silahlılarının olmadığını qeyd edib:
“Bizim imperiya ambisiyalarımız yoxdur. Qonşularımızla əlaqələrimizi Avrasiya İqtisadi Birliyi çərçivəsində inkişaf etdiririk”.
Son xəbərlər
Son Xəbərlər