İmran Əliyev haradadır? - Yenilənib

imran-eliyev-haradadir
Oxunma sayı: 6047

Dünən günorta saatlarından bəri yaxınlarının xəbər ala bilmədiyi ictimai fəal İmran Əliyev atası ilə əlaqə saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, martın 29-dan İ.Əliyevlə əlaqə kəsilib: “Polisin 102 xidmətinə, Ombudsman Aparatına zənglərimiz nəticəsiz qalıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması barədə əsaslı şübhələrimiz olsa da, həmin idarə İmranın orada olmasını ümumiyyətlə inkar edir”.

Elçin Sadıqov daha sonra məlumatına əlavə edib ki, axşam saatlarında İmran Əliyev başqa bir şəxsə aid telefondan atasına zəng edərək Lənkəranda olduğunu deyib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, İmran Əliyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılması haqda məlumat yoxdur.

Qeyd edək ki, İ. Əliyev son dövrlərdə məşhurlaşan meclis.info saytının və eyniadlı səhifənin təsisçisidir. 

***

Bir neçə dəqiqə öncə İ.Əliyevin yaxınları məlumat yayaraq onun sərbəst buraxıldığını, hazırda evinə getdiyini bildiriblər. İmran Əliyevin hansı qurum tərəfindən saxlanıldığı hələ ki açıqlanmayıb.