İmran Əliyevlə Anar Məmmədlinin həbs müddəti uzadıldı

imran-eliyevle-anar-memmedlinin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 2163

“Məclis.info” saytının rəhbəri İmran Əliyev və hüquq müdafiəçisi Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin vaxtı uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, İ.Əliyev və A.Məmmədlinin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər hər ikisi qaçaqmalçılıqda ittiham olunurlar.