İmran Xan Azərbaycanı qələbə münasibətilə təbrik edib

imran-xan-azerbaycani-qelebe-munasibetile-tebrik-edib
Oxunma sayı: 1691

Xəbər verdiyimiz kimi, ötən gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Prezident İlham Əliyevlə yanaşı, digər dövlət başçıları da çıxış edib.

Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan Azərbaycanın qələbəsi münasibətilə təbriklərini çatdırıb:

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd edib. Pakistan hökumətinin başçısı çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.