İmtahan nəticələri axşam elan olunacaq

imtahan-neticeleri-axsam-elan-olunacaq
Oxunma sayı: 781


“Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulub.

Nəticələr elan olunduqdan sonra imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.