“İmtahan ödənişləri arta bilər” - DİM sədrindən daha bir açıqlama

imtahan-odenisleri-arta-biler
Oxunma sayı: 2575

“Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəbləşməsi imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər”.

QafqazinfoLent.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

M.Abbaszadə bildirib ki, növbəti illərdə qəbul imtahanları üçün müəyyənləşdirilmiş ödənişin məbləğində dəyişiklik ola bilər: “Bu daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq”.

DİM-in sədri vurğulayıb ki, bəzi şəxslər qəbul imtahanını bir növ oyuncağa çevirmişdilər və imtahanların ödənişli təyin edilməsi bu məsuliyyətsizliyi aradan götürəcək.