İmtahan verənlər arasında yoluxma faktı yoxdur

İmtahan verənlər arasında yoluxma faktı yoxdur
Oxunma sayı: 1263

“İndiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət İmtahan Mərkəzi yayıb. Bildirilib ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID 19 testindən keçirilib. 

Test nəticələrinə əsasən, yoluxma faktı qeydə alınmayıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi