İmtahandan 3 nəfər çıxarıldı

imtahandan-3-nefer-cixarildi
Oxunma sayı: 1543

Xəbər verdiyimiz kimi, bu gün 10 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib.

“Qafqazinfo”nun Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.