İmtahanlara bu dərslərdən sual düşməyəcək - Nazir açıqladı

imtahanlara-bu-derslerden-sual-dusmeyecek
Oxunma sayı: 5279

“Qəbul və buraxılış imtahanlarında keçirilməyən dərslərdən suallar düşməyəcək”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O bildirib ki, ötən il də bu imtahanlar aprel ayında keçirilirdi: “Son iki ayın dərs proqramında olanlar imtahana salınmırdı. Qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə danışıqlar aparılıb, keçirilməyən dərslərin imtahana salınmaması üçün ilkin razılıq əldə olunub”. 

Murad Əhməd