“İmtahanlara koronavirusla bağlı sual salına bilər”

imtahanlara-koronavirusla-bagli-sual-salina-biler
Oxunma sayı: 1886

“Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar salına bilər.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.

O bildirib ki, imtahanlara salınacaq proqramlar da Təhsil Nazirliyi ilə razılaşdırılacaq: “Mart ayının 1-də keçirilmiş buraxılış imtahanında mart ayına kimi keçirilmiş dərs proqram nəzərdə tutulmuşdu. Həmin vaxta kimi məktəblərdə tədris davam edib. Aprel ayında isə 11-ci sinfin imtahanları keçirilməli idi və təxirə salındı. Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar salına bilər. Hələ ki, müzakirələr aparılır. İmtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək".