“İmtahanlara yüklən, mükafatlar qazan!” tirajlı stimullaşdırıcı lotoreyası 31 may 2021-ci il – 1 iyul 2021-ci il tarixləri arasında Azərbaycan Respublikası ərazisində keçirilir.
“Bravo” satış nöqtələrindən Snickers (50,5 qr), Snickers Super (95 qr), Baunty (55 qr), Bounty Trio (82,5), TWIX (55 qr), TWIX® Extra (82 qr) çeşidlərindən ən azı 2 baton almaq lazımdır.
“BRAVO” şəbəkəsinin ticarət nöqtələrindən Snickers, Bounty və ya TWIX ticarət markasına aid 2 ədəd baton çeşidini almaq lazımdır. Beləliklə, yuxarıda qeyd olunan konfetlərin hər hansı birindən 2 ədəd alan şəxs məhsulun üzərində “BRAVO” ticarət nöqtəsinin adı olan kassa qəbzini özündə saxlayır. Qəbzi qeydiyyatdan iki yolla keçirmək olar:
1. Adını, soyadını, mobil telefonunu, e-mail ünvanını göstərərək www.exam-moments.az veb saytında qısa bir qeydiyyatdan keçməlidir. Lotoreyada iştirak etmək üçün malların satın alınmasını təsdiq edən bir kassa qəbzinin fotoşəklini sayta yükləməlidir. Bundan sonra həmin şəxsə eyniləşdirmə nömrəsi təqdim olunur (8 simvoldan ibarətdir). Bu eyniləşdirmə nömrəsi lotoreya biletinə bərabər tutulan məlumat daşıyıcısı qismində çıxış edir. İştirakçının qeydiyyatdan keçmiş qəbzlərin eyniləşdirmə nömrəsi onun şəxsi hesabında əks olunacaq. Lotoreya Qaydalarının 3.2 bəndinə əsasən 3.1 bəndindəki məlumatlar lotoreya iştirakçısının elektron ünvanına göndəriləcək. Bir qəbz sayta yalnız 1 dəfə yüklənə bilər. Bir iştirakçı sayta istədiyi miqdarda müxtəlif qəbzləri yükləyə bilər.
2. Teleqram vasitəsilə qeydiyyatdan keçmək üçün iştirakçı qəbzin şəklini @EXAMSBOTAZE ünvanına göndərməlidir.
2.1. İştirakçı qəbz şəklini teleqram vasitəsilə göndərir. Məsələn, (A1U6BJ17). 2.2 Bot iştirakçıdan adını və doğum tarixini soruşur: Məsələn: Salam! Adınızı və doğum tarixinizi göndərin.
3. Ad daxil edildikdən sonra iştirakçıya avtomatik mesaj göndərilir: Məsələn: Təşəkkür edirəm!
İştirakçının növbəti addımı lotoreya qaydalarını (qaydalara keçid) oxumaq və qəbul etməkdir. Qaydaları oxumuş və qəbul etmiş iştirakçı cavab mesajında “OK” göndərməklə iştirakını təssiqləyir.
4. İştirakçı lotoreya qaydaları ilə razılığını təsdiqləyən “OK” sözünü göndərdikdən sonra ona avtomatik mesaj göndərilir: Məsələn: Yaxşı! Çekin şəklini bizə göndərin və moderasiya vəziyyətini gözləyin.
Çekin şəkli dəqiq və aydın oxuna bilməlidir. Faylın növü: JPEG, JPG, ölçüsü 10 Mb-dan çox olmamalı, rezolyusiyası 200 dpi-dən az olmamalıdır.
Fotoşəkil olmayan təsvirlərə yol verilmir (skrinşotlar, basmalar, rəsmlər, kompüter qrafikası, fotomontaj). Çekin fotoşəkli üst və alt kənarları da daxil olmaqla tam çəkilməlidir, çekin şəkli tam şaquli istiqamətli olmalıdır, çekin fotoşəklini düz bucaq altında çəkmək lazımdır. Çeklər yükləndikdən sonra 48 saat ərzində onların lotoreya şərtlərinə uyğunluğu yoxlanılır (moderasiyadan keçir). Yüklənilmiş əmtəə çeklərini uduşlu olduğu təqdirdə lotoreya təşkilatçısına təqdim etmək üçün mütləq saxlamaq lazımdır. Hər iştirakçı yalnız bir nömrə ilə qeydiyyatdan keçə bilər. Qəbzi lotoreyanın sonunadək saxlamaq lazımdır.
Bir iştirakçı yalnız bir dəfə qalib ola bilər.
Lotoreyada ancaq 18 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.
Tirajın uduş fondunun oynanılma tarixləri:
03.07.2021 (31 may 00:00-dan 01 iyul tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir).
Tirajlı stimullaşdırıcı lotoreyanın Uduş fondu:
iPhone 12 - 2 ədəd.
Tirajın uduş fondu oynanıldıqdan sonra növbəti gün qaliblər şəxsi kabinetlərində ismarıc alırlar.
Tirajın uduş fondu və uduşları almaq barədə məlumatlar etiketin üzərində qeyd olunub. Uduşu almaq üçün müraciət zamanı uduşlu qəbz təqdim etmək lazımdır.
Uduşları almaq üçün müraciətlər tirajın uduş fondu oynanıldıqdan 7 iş günü sonra başlayacaq və 90 iş günü ərzində lotoreya təşkilatçısı tərəfindən aşağıdakı ünvanda qəbul olunur: “C141” MMC, Bakı ş., Ələddin Quliyev küç., 1131, Babək plaza, ofis B6-06.
Uduşlar çatdırılma yolu ilə müraciət qəbul edildikdən sonra 30 iş günü ərzində sahibinə təqdim ediləcək. Qaliblərlə telefon vasitəsilə əlaqə saxlanılacaq, hansı ərazidə olduğu təyin ediləcək və uduş qalibə çatdırılacaq.
Ətraflı məlumatı www.exam-moments.az saytından əldə edə bilərsiniz.
Lotoreyanın keçirilmə ərəfəsində uduşların qalibləri 31.05.21 – 01.07.21:
Tarix: 03.07.2021
1 qalib
Adı: Anar. Mobil nömrə: +99455 7** ** 19 . İştirakçı ID: 3CC6C0RG (iPhone 12 PRO 128 Gb)
2 qalib
Adı: Samir. Mobil nömrə: +99450 9** ** 88 İştirakçı ID: 3O3G8WOU (iPhone 12 PRO 128 Gb)