“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu”

imtiyazli-mehbuslar-ucun-qanunlar-toplusu
Oxunma sayı: 931


Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, layihənin əsas məqsədi imtiyazlı məhbusların və onların ailə üzvlərinin sosial problemlərini araşdırıb aidiyyəti dövlət təşkilatları vasitəsilə həll etməkdən, eyni zamanda imtiyazlı məhbusların həbsdən azad olunduqdan sonra həyata adaptasiya etmələrinə dəstək olmaqdan, o cümlədən, bu istiqamətdə onlarla maarifləndirmə işi aparmaqdan ibarətdir. Eyni zamanda azadlığa çıxdıqdan sonra xüsusi istedada malik imtiyazlı məhbusların həyata adaptasiya etmələrinə dəstək olmaqdan ibarətdi.

Bu layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı ktab nəşr etdirmişik.

Əlil məhbusların və onların ailə üzvlərinin maarifləndirilməsi məqsədilə ötən illərdə həyata keçirdiyimiz layihələr çərçivəsində nəşr etdirdiyimiz “Məhbus əlillər üçün qanunlar toplusu” və “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitablar, eyni zamanda bir çox dövlət qulluqçularının da stolüstü kitabına çevrilmişdir. Bu qanunlar toplusuna olan tələbatı nəzərə alaraq kitabın yenidən nəşrini məqsədəuyğun saydıq.