“İmzaladığım fərmanla bu məsələ həll olunmuş hesab edilməlidir”

imzaladigim-fermanla-bu-mesele-hell-olunmus-hesab-edilmelidir
Oxunma sayı: 1863

“Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsi idi”. 

“Qafqazinfo” xəbər veri ki, bu barədə Prezident İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə danışıb.

Dövlət başçısı əlavə edib ki, bu məsələyə də son qoyulub: “İmzaladığım fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik”.