İn-Grid də Sarı gəlini oxudu - Tünzalənin konsertində

in-grid-de-sari-gelini-oxudu
Oxunma sayı: 2386

Əməkdar artist Tünzalə Ağayeva yeni konsert proqramı ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, “İmza” adlanan konsert “Yaşıl Teatr” səhnəsində baş tutub.

Gecədə T. Ağayeva yeni mahnılarını səsləndirib, “Səs Azərbaycan” iştirakçıları ilə duet oxuyub.

Konsertin əsas qonağı italiyalı müğənni İn-Grid olub. Məşhur ulduz səhnədə əməkdar artistlə xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Musiqi gecəsində millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Fotolar: Nuran Məmmədov