İnam Kərimov vətəndaşları qəbul edəcək

inam-kerimov-vetendaslari-qebul-edecek
Oxunma sayı: 1369

Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 7-də saat 09:00-da Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.