“İnamımızı itirməmişik” - Çerçesov

inamimizi-itirmemisik
Oxunma sayı: 2094

“İspaniyanın üstünlüyü topa daha çox sahib olmağıdır. Bunu bilirik və qarşısını almağa çalışacağıq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya millisinin baş məşqçisi Staislav Çerçesov deyib.

O, sabah dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya qarşı keçirəcəkləri matçdan danışıb: “İspaniyanın oyun stilinə uyğunlaşmağa çalışacağıq. Oyunçularla dünən son taktiki məlumatları müzakirə etdik. Rusiya dünya çempionatlarında uğur qazanmalıdır. Uruqvayla matçdan daha çox əziyyət çəkməliyik. İnamımızı itirməmişik”.