“İncəsənət həyatımı xilas etdi” - Madonna

incesenet-heyatimi-xilas-etdi
Oxunma sayı: 1606

Amerikalı müğənni Madonna yaradıcılıq yolu haqqında bəhs edəcək bədii filmin rejissoru və senaristi olacaq. “Qafqazinfo” bildirir ki, bu barədə “The Hollywood Reporter” xəbər verib.

Artist qeyd edib ki, filmin diqqət mərkəzində musiqi olacaq.

“Musiqi məni dəstəkləyirdi, incəsənət isə həyatımı xilas etdi. O qədər danışılmamış və ruhlandırıcı hekayələr var. Onları məndən daha yaxşı kim danışa bilər?”, - Madonna bildirib.

Ekran işini “Universal Pictures” kinostudiyası ərsəyə gətirəcək. Layihənin prodüseri qismində Emi Paskal çıxış edəcək.

Senari üzərində Madonna ilə bərabər Diablo Kodi çalışacaq.