İncəsənət ustalarımız “Dubay Ekspo-2020”də çıxış etdi - Video + Fotolar

incesenet-ustalarimiz-dubay-ekspo-2020de-cixis-etdi
Oxunma sayı: 1675

“Dubay Ekspo-2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Odlar Yurdundan musiqi” konserti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dünya və Azərbaycan klassik və milli musiqilərini skripkada Ceyla Seyidova, pianoda Nərgiz Əliyeva və tarda Sahib Paşazadə təqdim edib.

Dünya sərgisinin ziyarətçiləri, həmçinin milli pavilyonda pianoda Nizami Əliyev və Raci Hüseynovun ifasında konsert proqramını böyük maraqla qarşılayıb.