Q.İbadoğlu bəzi şəxslərin ona qarşı mitinqlərdə iştirak etməməsini irad tutmasını belə cavablandırıb: “Bəzi dostlarımız mənə irad tuturlar ki, mən mitinqlərdə iştirak etməmişəm. Mitinq adamı deyiləm. Onların düşüncəsi ilə mənim yanaşmam arasındakı fərq ondan ibarətdir ki, mən mitinqlərə, piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə bir vasitə kimi baxıram. Mən hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır. Ondan harda gəldi istifadə etmək və ya bütünlüklə imtina etmək olmaz. Lakin siyasi mübarizədə mitinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi qoymaq da düzgün yanaşma deyil”.
Hikmət Hacızadə isə ittihamlara qarşı adekvat cavab vermək istəmir. “Yeni Müsavat”a açıqlamasında Hikmət Hacızadə bildirdi ki, seçki çox gərgin və emosional məsələdir. Ona görə də seçki kampaniyasında emosional çıxışlar, ittihamlar olur: “Bunlar mümkündür və mənə qarşı fikirlər işlədənləri bağışlayıram. Elə biz illər boyu ona görə vuruşurduq ki, hər kəs istədiyi fikri ifadə etsin, kimin ağzına nə gəlir danışsın. Bunları mən qəbul edirəm. İkincisi, qoy o ittihamları yağdıranlar unutmasınlar ki, əgər Qubad İbadoğlu və onun yanındakılar seçkiyə qoşulmasaydılar, onda seçki olmazdı, təyinat olardı. İndi isə Müsavat Partiyasında seçki kampaniyası ilə bütün cəmiyyət maraqlanır. Təyinatla seçki arasında fərqi biz elədik. Məni söyənləri bağışlayıram, qoy danışsınlar. Belə şeylər seçkilərdə həmişə olur”.
H.Hacızadə onu da bəyan etdi ki, demokratik seçkilərin nəticələrini kimin qalib gəlməsindən asılı olmayaraq qəbul edəcək: “Müdafiə elədiyim namizəd qalib gəlməsə belə, qalib gələni təbrik edəcəyəm. Vaxtilə mən ilkin seçki keçirdiyimiz zaman ”Mən uduzsam küsməyəcəyəm" şüarını irəli sürmüşdüm. Budur həqiqi müsavatçının şüarı. Yenə də o mövqedəyəm ki, uduzsam küsməyəcəyəm, partiyamızda qalacağam, yeni seçilmiş başqanla işləyəcəyəm. Bizim məqsədimiz həqiqi seçki keçirməkdir, təyinat yox, real seçki keçirməkdir. Ona görə də bu çətinlikləri mən dəfələrlə görmüşəm, özüm bu seçkiləri planlaşdırmışam. O uşaqlardan incimirəm, qoy ağızlarına gələni danışsınlar".
Son xəbərlər
Son Xəbərlər