İncirlikdən İŞİD-ə zərbələr endirilir

incirlikden-isid-e-zerbeler-endirilir
Oxunma sayı: 1611

Türkiyənin İncirlik hərbi hava bazasından havaya qalxan koalisiya təyyarələri Suriyadakı İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirib.

Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyə tərəfi ilə danışıqlardan sonra koalisiya təyyarələri İncirlik hərbi hava bazasından uçuşlara başlayıb.

Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonra Türkiyə İncirlik hərbi hava bazasını bağlamışdı.