İndi də “Kızılcık şerbeti”ndə oynayacaq

indi-de-kizilcik-serbetinde-oynayacaq
Oxunma sayı: 5078

Türkiyənin məşhur “Kızılcık şerbeti” serialına yeni aktyor daxil olacaq.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeni sezondan serialda Batuhan Yüzgüleç də rol alacaq.

Sonuncu dəfə “Kızıl goncalar” serialında Affan obrazını canlandıran aktyor qısa müddətdə diqqət çəkməyi bacarıb.

Yüzgüleç serialda “Firaz” obrazını canlandıracaq və Nursema (Ceren Karakoç) ilə tərəf müqabili olacaq.