İndi də NATO-nun nizamnaməsini yandırmaq istəyir - Əvvəl Quranı yandırmışdı

indi-de-nato-nun-nizamnamesini-yandirmaq-isteyir
Oxunma sayı: 2625

Quranı yandıraraq aksiya keçirən 29 yaşlı İsveç vətəndaşı Lukas yenidən gündəmə gəlib.  

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, o, indi də NATO-nun nizamnaməsini yandırmaq niyyətindədir.

Lukasın sözlərinə görə, aksiya iyulun 12-nə təyin edilib.

O bildirib ki, Türkiyənin Şimali Atlantika Alyansına qoşulmaq üçün İsveçin müraciətini ratifikasiya etməyə razılıq verməsindən sonra bu qərara gəlib.