İndi faizlər öz əlinizdədir!

indi-faizler-oz-elinizdedir
Oxunma sayı: 1101

TuranBank hər kəsə faiz qazandıracaq “ÖzƏl” adlı yeni möhtəşəm kampaniyaya başlayır.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, kampaniyanın şərtlərinə əsasən, 1 aprel tarixindən 3 ay ərzində kredit və ya depozit rəsmiləşdirmək üçün banka müraciət edən hər vətəndaşa daxilində 1,2,3 rəqəmlərini əks etdirən kuponlar yerləşdirilən qutu təqdim olunacaq. Hər müraciət edən öz şanslı kuponunu özü çıxaracaq. Vətəndaşın çıxardığı rəqəmə bərabər, ona  kredit faizində güzəşt, əmanət faizində isə artım təqdim olunacaq. Onu da qeyd edək ki, aksiya çərçivəsində kredit 0% komissiya ilə rəsmiləşdiriləcək.

Kreditləri yüngül, depozitləri ağır etmək öz əlinizdədir!

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Əlavə olaraq qeyd edək ki, bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram - @turanbank

 Facebook - @TuranBankASC

 Linkedin - @TuranBank