“Mən mentalitet, sərbəstlik, dünya görüşü cəhətlərindən dolayı rus sektorunu çox bəyənirəm. Mənim iradlarım öz bölməmizin metodikasınadır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi qeyd edib ki, Azərbaycan dilinin metodikasında problemlər var:
“Bu 30 illik müstəqilliyimiz ərzində, necə oldu ki, sevdirə bilmədik, qaldıra bilmədik, çatdıra bilmədik, üstün ola bilmədik?! İndi körpələr Azərbaycan dilində danışmağı “cool” hesab etmir. Bütün kinoteatrlar rus dilindədir. Azərbaycan dilində dublyajlar sıxıcı və dadsız.
Özümüzü bəyənmirik deyib keçmək olmaz axı! Problem nədir? Təhsil nazirimiz bu illər ərzində hansı həll yollarını ortaya qoyublar? Bununla kim məşğul olmalıdır ki, 30 ildir vəziyyət düzəlmir?”

Son xəbərlər
Son Xəbərlər