Müstəqil ekspert Əlabbas Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında Avropa Oyunlarının bağlanış mərasimini dəyərləndirib:
“Avropa Oyunlarının bağlanış mərasimi də öz bənzərsizliyi və möhtəşəmliyi ilə inanılmaz coşqu yaratdı. Mərasimin ən diqqət çəkən tərəfi isə təqdim olunan bütün kompozisiyaların Azərbaycan milli mədəniyyətinə məxsusluğunun qabarıq nümayişi idi. İstər musiqi və rəqslər, istərsə də vizual effektlər Azərbaycan mədəniyyəti və incəsənətinin yüksək səviyyəli təqdimatı oldu. Azərbaycan belə bir nəhəng işin öhdəsindən bacarıqla gəlməklə, istənilən miqyasda və profildə tədbirlərə uğurla ev sahibliyi edə biləcəyini təsdiqlədi. Təbii ki, Avropa Oyunlarından danışırıqsa, bu tədbirin təşkilatçılığından tutmuş, idmançılarımızın yüksək nəticələrə qazanmasına qədər bütün məqamlar mütləq qeyd olunmalıdır”.
Ekspert bu yarışlarda hər kəsin üzərinə düşən işi ustalıqla yerinə yetirdiyini bildirib:
“Avropa Oyunlarının Təşkilat Komitəsi həqiqətən də, analoqsuz fəaliyyəti ilə böyük nümunə göstərdi. Mən Avropa Oynlarından əvvəl Azərbaycana qarşı aparılan beynəlxalq kampaniyanı xatırlatmaq istərdim. Azərbaycanı qaralamaq üçün hansı vasitələrə əl atmadılar… Amma Oyunların finişinə doğru onlar da bu fəaliyyətin əhəmiyyətsizliyini dərk etdilər və geri çəkilməyə məcbur oldular. Azərbaycanı qaralayanlar indi sükut və məyusluq içərisindədirlər. Yəqin ki, onların bu vəziyyəti hələ uzun müddət davam edəcək”.
Son xəbərlər
Son Xəbərlər