“İndiki “Düdelanj” tam başqa komandadır”

indiki-dudelanj-tam-basqa-komandadir
Oxunma sayı: 830

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi mətbuat konfransına qatılıb. 

“Qafqazinfo” xəbər verir ki, ispaniyalı futbolçu bunları söyləyib:

“Bu rəqiblə 4 il əvvəl qarşılaşmışıq. Amma indiki "Düdelanj" tam başqa komandadı, yetəri qədər təcrübələri var. Tamamilə fərqli oyun olacaq. Sabahkı oyunda maksimum diqqətli olmalıyıq".