Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 vaksin vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 25, ikinci doza üzrə 5 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 7 nəfərdir.
Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfər təşkil edib.
İndiyədək 13 966 285 doza vaksin vurulub.

Son xəbərlər
Son Xəbərlər