İndiyədək vaksinasiyaya nə qədər pul ayrılıb?

indiyedek-vaksinasiyaya-ne-qeder-pul-ayrilib
Oxunma sayı: 1551

“Növbəti ildə də pandemiyanın nəzarətdə saxlanılması, onun qarşısının alınması üçün preventiv və profilaktik tədbirlərin gücləndirilməsi tərəfimizdən davam etdiriləcək, vaksinasiya prosesinin daha səmərəli və sürətlə aparılması, zəruri vaksin təminatının yaradılması məqsədilə tədbirlər həyata keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Büdcə haqqında qanun layihəsinin üçüncü oxunuşda müzakirəsində çıxış edərkən deyib.

“Bu məqsədlə növbəti ilin dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulub (350 mln. manat).

Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılıb. İndiyədək isə COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib”, - Baş nazir qeyd edib.