İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ

indoneziya-sahillerinde-56-bal-gucunde-zelzele
Oxunma sayı: 720

İndoneziyanın Papua əyalətinin sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Məlumata görə, zəlzələnin episentri Cayapura şəhərindən 383 kilometr şərqdə yerləşib. Sözügedən şəhərdə təqribən 134 min sakin yaşayır.

Sunami və yaxud dağıntılar barədə məlumat daxil olmayıb.