İndoneziya sahillərində 7,2 ballıq zəlzələ oldu

indoneziya-sahillerinde-72-balliq-zelzele-oldu
Oxunma sayı: 1142

İndoneziya sahillərinin yaxınlığında Molukka dənizində 7,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Geoloji Xidməti yayıb.

Zəlzələnin episentri Tobelo şəhərindən 155 km şimal-qərbdə yerləşib. Sözügedən şəhərdə isə təqribən 10 min sakin yaşayır.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki məlumat daxil olmayıb.