İndoneziya sahillərində güclü zəlzələ

indoneziya-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1455

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ olub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 01:03-də qeydə alınıb. Zəlzələnin episentri Şimali Maluku əyalətinin Ternater şəhərindən 83 kilometr şimali-qərbdə, ocağı isə 29,1 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.