İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşüb və böyük təqdimatla çıxış edib.
Qonağı salamlayan BANM-in rektoru Elmar Qasımov bildirib ki, qloballaşma və müxtəlif mədəniyyətlər arasında yaxınlaşma əsrində İndoneziya nəinki sürətlə inkişaf edən ölkələrdən biri olmağı, həm də öz adət-ənənələrini və özünəməxsusluğunu qorumağı bacarıb.
Görüşün sonunda İndoneziyanın səfiri Hüsnan Bəy Fanani BANM-in tələbələrin, əməkdaşların və müəllimlərin çoxsaylı suallarına cavab verib və doğma musiqilərindən kompozisiyaları ifa edərək tədbir iştirakçılarına xoş sürpriz edib.
Qeyd edək ki, tədbirdə, həmçinin İndoneziya Azərbaycandakı səfirliyinin birinci katibi Anggraeni Vidiastutivə səfirliyin nümayəndələri Astrid Septriana, Emil Güləliyev və Alviano Julantara iştirak edibdilər.
Son xəbərlər
Son Xəbərlər