Bu gün İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İndoneziyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. G.Məmmədova səfirin ölkəmizi çox sevdiyini, Azərbaycanın tarixini, mədəniyyətini yaxşı tanıdığını vurğulayıb.
Universitetin rəhbərliyini, müəllimləri və tələbələri salamlayan səfir görüşün təşkil edilməsinə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Hüsnan Bəy Fanani Novruz bayramı ərəfəsində AzMİU-nun tələbələri ilə görüşmək və onların qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib.
Diplomat əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyanın tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında tələbələrə ətraflı məlumat verib. Azərbaycan mədəniyyəti, elmi, ictimai-siyasi həyatı ilə uşaqlıq yaşlarından maraqlandığını deyən səfir Azərbaycanda çox böyük işlər gördüyünü, ölkəmizin dinamik inkişaf yolunda olduğunu bildirib. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat ölkəsinin Azərbaycanın ədalətli mövqeyini- ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini vurğulayıb.


Son xəbərlər
Son Xəbərlər