İndoneziyada 3 kilsəyə hücum - 9 ölü, 40 yaralı

indoneziyada-3-kilseye-hucum
Oxunma sayı: 865

İndoneziyanın Surbaya şəhərindəki 3 kilsədə partlayış törədilib.

“Qafqazinfo” “Dünya Bülteni”nə istinadən xəbər verir ki, terror hücumları yerli vaxtla 07:30 radələrində həyata keçirilib.

Santa Maria Roman, Diponegoro və Pantekosta adlı kilsələrdə baş verən partlayışlar nəticəsində 9 nəfər ölüb, 40 nəfər isə yaralanıb.