İndoneziyanın şərqindəki Halmahare adasının Tobelo bölgəsində 5,1 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.
123 kilometr dərinliyi olan zəlzələ nəticəsində ölən və ya yaralanan olmadığı bildirilir.
Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilməyib.
Son xəbərlər
Son Xəbərlər