İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verdi

indoneziyada-57-bal-gucunde-zelzele-bas-verdi
Oxunma sayı: 720

İndoneziyanın şərqində zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 5,7 bal gücündə olduğunu açıqlayıb.

Dənizin təxminən 30 kilometr dərinliyində baş verən zəlzələnin ciddi dağıntı və can itkisinə səbəb olmadığı paylaşılıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumundan verilən açıqlamada zəlzələnin sunami törətmə ehtimalının az olduğu bildirilib.